Bank Of Baku

AMİP rəhbərliyi İsveç Moderat Partiyasının dəvəti ilə bu ölkədə rəsmi səfərdədir

AMİP rəhbərliyi İsveç Moderat Partiyasının dəvəti ilə bu ölkədə rəsmi səfərdədir
# 05 sentyabr 2011 08:20 (UTC +04:00)
Bakı-APA. Bu gün AMİP rəhbərliyinin İsveçə rəsmi səfəri başlayır. AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin APA-ya verdiyi məlumata görə, səfər İsveçdə hakimiyyətdə olan Moderat Partiyasının dəvəti ilə həyata keçirilir. Nümayəndə heyətinin tərkibinə AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Siyasi Şura üzvü Sadiq Həmzəyev daxildir. Səfər zamanı İsveç hakimiyyətinin rəsmiləri ilə görüşlər nəzərdə tutulub. AMİP rəhbərliyi Moderat Partiyasının baş katibi, xarici işlər nazirinin müavini , parlamentin sədr müavini, parlamentin beynəlxalq əlaqələr komitəsinin rəhbəri, ATƏT Parlament Assambleyasının sabiq prezidenti və Dağlıq Qarabağ üzrə keçmiş məruzəçi Qoran Lenmarker və digər rəsmilərlə görüşlər keçirəcək. Səfər sentyabrın 10-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR