Bank Of Baku

Arif Rəhimzadə: “Bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq”

Arif Rəhimzadə: “Bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq”
# 07 sentyabr 2011 09:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bələdiyyələrin əmlak vergisi yığması üçün birinci növbədə əmlakın dəyəri müəyyənləşməlidir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O bildirib ki, rəqəmlər məlum olmadığından tutulacaq vergini də müəyyənləşdirmək mümkün deyil: “Ona görə də bələdiyyələr vergi yığımında çox çətinlik çəkirlər”.

A. Rəhimzadə bələdiyyələrin səlahiyyətlərinin artırılması zərurətindən də danışaraq qeyd edib ki, yerli idarəetmə orqanlarının səlahiyyətlərinin artırılması üçün gərək ilk növbədə bələdiyyələr buna hazır olsunlar: “Bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq. Ola bilsin ki, bu məsələ bir qanunla yox, bir neçə qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi vasitəsilə həllini tapsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR