Bank Of Baku

Elman Məmmədov: “Sarkisyan bilir ki, xarici dəstəyi olmasa, onun işğalçı ordusu Azərbaycan ərazilərində bir gün belə qala bilməz”

Elman Məmmədov: “Sarkisyan bilir ki, xarici dəstəyi olmasa, onun işğalçı ordusu Azərbaycan ərazilərində bir gün belə qala bilməz”
# 07 sentyabr 2011 09:38 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Ermənistan prezidenti Serj Sarkisyanın Düşənbədə səsləndirdiyi bəyanat bir daha onun erməni xislətini göstərir. Bu bəyanat onu deməyə əsas verir ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına riayət etmək istəmir”. APA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov deyib.

E. Məmmədov bildirib ki, hazırda sülh danışıqları aparılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin həllində irəliləyiş yoxdur: “Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupu işğalçı dövlətlə çox yumşaq rəftar edir. Bütün bunlar isə Ermənistanı şirnikləndirir və işğalçı dövlət münaqişənin həllini mümkün qədər uzatmağa çalışır. Serj Sarkisyanın son bəyanatı bir daha bunu təsdiqləyir. Amma Sarkisyan bilir ki, xarici dəstəyi olmasa, bir gün belə onun işğalçı ordusu Azərbaycan ərazilərində qala bilməz. Azərbaycan müəyyən vaxta qədər səbr edəcək və danışıqlar nəticəsiz qalsa, biz öz torpaqlarımızı istənilən yolla işğalçılardan azad edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR