Bank Of Baku

Konstitusiya Məhkəməsi xalq artisti Flora Kərimovanın müraciətini icraata qəbul etməyib

Konstitusiya Məhkəməsi xalq artisti Flora Kərimovanın müraciətini icraata qəbul etməyib
# 07 sentyabr 2011 10:02 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev məlumat verib. O, Konstitusiya Məhkəməsinin müraciəti icraata götürmədiyini bildirib.

C. Qaracayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin F. Kərimova ilə bağlı qərarının olduğunu xatırladaraq müğənniyə dövlət tərəfindən 60 min avro kompensasiya ödənildiyini, lakin hüququn özünün bərpa olunmasının mümkün olmadığını söyləyib: “Bu, təkcə bizim ölkəmizə aid deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də elə hüquqlar var ki, onları bərpa etmək olmur. Məsələn, təzədən qərar çıxarıla bilməz ki, Flora Kərimova deputat seçilib. Bu, düzgün olmazdı. Çünki zaman da keçib, bəlkə indi namizədliyini sürsə, nəticəni ayrı cür də ehtimal etmək olar”.

Qeyd edək ki, Ali Məhkəmədə Kərimova Flora Ələkbər qızının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə Milli Məclisə seçkilərin yekunlarının etibarsız hesab edilməsi barədə MSK-nın qərarının ləğv edilməsi tələbinə dair mülki işə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli qərarı əsasında baxılıb. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (MİÜMK) 25 noyabr 2005-ci il tarixli qərarına yenidən baxılması zərurətinin olmaması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR