Bank Of Baku

MSK-nın təşkil etdiyi kurslarda Milli Məclisin komitə sədri və Konstitusiya Məhkəməsinin hakimi çıxış ediblər

MSK-nın təşkil etdiyi kurslarda Milli Məclisin komitə sədri və Konstitusiya Məhkəməsinin hakimi çıxış ediblər
# 07 sentyabr 2011 10:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. APA-nın məlumatına görə, kursların üçüncü günündə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyə fəaliyyətinin təşkili və onun seçkilərə təsiri” mövzusunda, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə “Avropa İnsan Hüquqları Məhkəməsində seçki hüquqlarının müdafiəsi” mövzusunda çıxış edib.

Kurslarda 125 DSK sədri iştirak edir.

Sentyabrın 11-nə qədər davam edəcək kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Proqramın növbəti mərhələsi çərçivəsində sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR