Bank Of Baku

Azərbaycan İslam Partiyasında yeni təyinatlar olub

Azərbaycan İslam Partiyasında yeni təyinatlar olub
# 07 sentyabr 2011 10:19 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan İslam Partiyasının (AİP) növbəti Baş Məclisi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Məclisdə ictimai-siyasi və digər məsələlər müzakirə edilib, rəhbər struktura yeni təyinatlar olub. İnqilab Əhədli sədrin I müavini, Rövşən Əhmədli isə ictimai məsələlər üzrə sədr müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, İnqilab Əhədli bu təyinata qədər ictimai məsələlər üzrə sədr müavini vəzifəsində çalışıb. Rövşən Əhmədli isə əvvəllər partiya sədrinin I müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR