Azərbaycan prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Əntiq Əşyalar Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi qəsəbə ərazisində yaranmış tullantıların kompleks idarə olunmasını - yığılması, daşınması və təkrar emalı proseslərinin müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə su xətti çəkilib, 15 bulaq istifadəyə verilib.
Prezident və xanımı əvvəlcə Qala İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektromobillər, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər.
Sonra dövlət başçısı və birinci xanım Qala parkında görülmüş işlərlə tanış olub, parkın ilkin və indiki görünüşünü əks etdirən stendə baxıblar. Bildirilib ki, buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazi təmizlənərək abadlaşdırılıb. Ərazidə torpaq üç metr dərinliyində qazılaraq mazut və digər tullantılardan təmizlənmiş, yeni torpaq örtüyü ilə əvəzlənib. Parkda geniş yaşıllaşdırma işləri aparılıb, 170 min ağac və bəzək bitkiləri əkilib. Parkın ərazisində uşaqların maraqlı istirahəti üçün əyləncə meydançası istifadəyə verilib.
Prezident və xanımı Qala parkında ağac əkiblər.
Sonra dövlət başçısı XII-XIV əsrə aid Qum hamamı ilə tanış olub. Məlumat verilib ki, Qum hamamında nadir qaz və su kəmərlərinin, kanalizasiya sisteminin mövcudluğu xalqımızın məişət mədəniyyətinin qədim və yüksək olduğunun göstəricisidir.
Etno-Ekoloji Mərkəzlə tanışlıq zamanı bildirilib ki, əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mərkəzdə hər cür şərait yaradılıb. Qeyd edilib ki, XIX əsrdə dəyirman kimi istifadə olunan binada sovet dövründə klub, daha sonra uşaq bağçası fəaliyyət göstərib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Prezident və xanımı qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış olublar. Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid iki yeraltı yol, XVIII əsrə aid təndir Qala abidə kompleksində nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda XIII-XIV əsrlərə aid qızıl pullar, XII-XIII əsrlərə aid qızıl qolbaq qalıqları, X-XVI əsrlərə aid keramika nümunələri sərgilənir. Burada, həmçinin e.ə. III-II minilliyə aid qadın, kişi və heyvan fiqurlarının, digər fraqmentlərin həkk olunduğu təsvirlər nümayiş etdirilir.
Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında Qala Əntiq Əşyalar Muzeyi yaradılıb.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, muzeydə 800 eksponat nümayiş etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanıb, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa və digər ölkələrdə istehsal edilib, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb, Mehriban Əliyeva xatirə kitabını imzalayıb.
Sonra dövlət başçısı və xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoranla tanış olublar. Bildirilib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilmiş karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olacaqlar. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinetdə turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İ. Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində “Qala” Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turist mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarixi və mədəniyyət abidələrinin qorunması, eləcə də Abşeron rayonunda aşkar edilən digər arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşməsi məqsədilə Qala qəsəbəsində son illər genişmiqyaslı layihə həyata keçirilib.
Qalada tikinti-abadlıq layihəsi çərçivəsində X-XIV əsrlərə aid qüllə və XVI-XVIII əsrlərə aid istehkam yenidən bərpa edilib, arxeoloji qazıntı zamanı tapılan keramika nümunələri və digər əşyalar istehkamın daxilində sərgilənib.
Qala əntiq əşyalar muzeyindəki 800-ə yaxın eksponat böyük maraq doğurur. Burada nümayiş olunan ən qədim sini XVI əsrə aid edilir. Muzeydə mətbəx avadanlığı, samovarlar, masaüstü lampalar, silah və qədim pullar nümayiş olunur. Qoruq ərazisində milli üsluba üstünlük verilmiş yeni karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə tanış ola bilərlər.
Qala qəsəbəsində Turizm İnformasiya Mərkəzi inşa olunub, ətrafı abadlaşdırılıb. Ərazidəki quyu və ovdanlar bərpa olunub, 35 000 kv.m-lik sahədə avtomobil dayanacağı, elektromobil ucun qaraj tikilib.
Gerçəkləşən layihə çərçivəsində qəsəbədaxili və ətraf yollara 50 000 m² asfalt örtüyü, yol boyu məsafədə 6000 p/m bardür çəkilib, 37 işıqlandırma dirəyi quraşdırılıb, qaz və su təchizatını yaxşılaşdırmaq məqsədi ilə borular çəkilib, kompleks ətrafı meydana 8780 m² daş döşənib.
Qəsəbədəki göl və onun 24,2 hektarlıq ətrafı təmizlənərək abadlaşdırılıb. Bu ərazidə torpaq 3 metr dərinliyində qazılaraq mazut və digər tullantılardan təmizlənib, yeni torpaq örtüyü ilə əvəzlənib. Buradakı 24 ədəd günəş batareyalı dirəklər ərazinin işıqlandırılmasına xidmət edir.
Gölün ətrafına 80 mindən çox ağac və bəzək bitkiləri əkilib, yaşıllıq zolağı suvarma sistemi ilə təmin olunub. Uşaqların maraqlı istirahəti üçün əyləncə məkanı istifadəyə verilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə keçirilmiş Qala festivalına Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılıb. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işləri nümayiş etdirilib. Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri təşkil olunub, gənc nəsil qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı qazanıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılıb. “Təmiz Qala” layihəsinin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların kompleks idarə edilməsi – tullantılarının yığılması, daşınması və utilizasiyası proseslərini müasir standartlara uyğun təşkil etməkdir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO