Bank Of Baku

Arif Hacılı, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

Arif Hacılı, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
# 07 sentyabr 2011 14:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Səbail Rayon Məhkəməsində İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən Məhəmməd Məcidli və zərərçəkmiş şəxslər ifadə veriblər. M. Məcidli özünü ittiham aktı üzrə təqsirli bilmədiyini deyib. Proses sentyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Hazırda onların məhkəməsi gedir.

Aprelin 4-də Səbail rayon Məhkəməsinin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb. Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində isə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR