Bank Of Baku

İctimai Palata: Güney Azərbaycandakı soydaşlarımızın etirazı təbiidir və onların fədakar mübarizəsi bizdə qürur hissi yaradır

İctimai Palata: Güney Azərbaycandakı soydaşlarımızın etirazı təbiidir və onların fədakar mübarizəsi bizdə qürur hissi yaradır
# 07 sentyabr 2011 15:23 (UTC +04:00)
Bakı – APA. İctimai Palatanın Koordinasiya Şurası bəyanatla çıxış edib. İP-dən APA-ya göndərilən bəyanatda deyilir: “Avqustun 27-də Güney Azərbaycanın bir sıra şəhərlərində Urmiya gölünün qurumasına İran rejiminin düşünülmüş şəkildə laqeyd münasibət göstərməsinə etiraz olaraq başlanan aksiyalar sentyabrın 3-də daha geniş vüsət alıb və Güney Azərbaycanın əksər şəhərlərini bürüyüb. Urmiya gölünün quruması onun ətrafındakı bölgələrdə ekoloji fəlakətin yaranmasına səbəb olar və orada yaşayan 10 milyondan çox insan öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qala bilər. Bu səbəbdən də yerli əhalinin və Güney Azərbaycandakı soydaşlarımızın etirazı təbiidir və onların fədakar mübarizəsi bizdə qürur hissi yaradır. KŞ güneyli soydaşlarmızın haqlı davasını dəstəkləyir, dinc etiraz aksiyaçılarına qarşı İran hakimiyyət qüvvələrinin tətbiq etdiyi zorakılıqları pisləyir, həbs olunanların tezliklə azad olunmasını tələb edir, dünya dövlətlərinin və beynəlxalq təşkilatların bu məsələni daima diqqət altında saxlamasını məqsədəuyğun sayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR