Bank Of Baku

Elmira Süleymanova: “Seçici siyahılarında vəfat etmiş şəxslərin adlarına rast gəlmək olur”

Elmira Süleymanova: “Seçici siyahılarında vəfat etmiş şəxslərin adlarına rast gəlmək olur”
# 08 sentyabr 2011 08:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Seçici siyahılarında vəfat etmiş şəxslərin adlarına rast gəlmək olur”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında ombudsman Elmira Süleymanova deyib.

O, DSK sədrlərinə bu cür məsələlərdə diqqətli olmağı tövsiyə edib: “Bir də görürsən bir beynəlxalq müşahidəsi gəlib 1200 nəfər seçici arasında barmağını məhz ölən şəxsin üzərinə qoyur. Sonra da bir faktla beynəlxalq aləmdə səs-küy qaldırırlar ki, Azərbaycanda seçki o qədər pis keçirilir ki, hətta ölən şəxslərin də adları siyahıda olur və s. Halbuki həmin şəxs cəmi bir həftə əvvəl rəhmətə gedib. Bu məsələlərdə diqqətli olmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR