Bank Of Baku

Azərbaycan İslam Partiyasının həbsdə olan üzvlərinin hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib

Azərbaycan İslam Partiyasının həbsdə olan üzvlərinin hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib
# 08 sentyabr 2011 11:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov və digərlərinin hüquqlarını müdafiə komitəsi mətbuat konfransı keçirib.

APA-nın xəbərinə görə, komitənin üzvü Natiq Rəhimov Hacı Mövsüm Səmədov və digərlərinə verilən ittihamları əsassız hesab etdiyini deyib: “Biz Hacı Mövsüm Səmədov və digərlərinin hüquqlarını qorumağa çalışırıq. İttihamların heç biri nə onların şəxsiyyətlərinə, nə də ki, əməllərinə uyğun gəlmir”.

N. Rəhimov məsələ ilə bağlı, bir çox beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət etdiklərini bildirib: “Biz məhkəməni qərəzli hesab edirik. Proses demək olar ki, yarıqapalı şəkildə keçirilir. Biz prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasına məktubla müraciət etmişik. Yaxın vaxtlarda Ombudsman Elmira Süleymanovaya da müraciət edəcəyik”.

Tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının üzvü Hacı Rövşən Əhmədli və digərləri bəzi qüvvələrin hakimiyyətlə islamçılar arasında nifaq salmağa çalışdığını iddia ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR