Bank Of Baku

Pənah Hüseyn Qüdrət Həsənquliyevi məhkəməyə verib

Pənah Hüseyn Qüdrət Həsənquliyevi məhkəməyə verib
# 08 sentyabr 2011 11:45 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Sabiq deputat Pənah Hüseyn Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi məhkəməyə verib. Bu barədə APA-ya BAXCP-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, P. Hüseynin iddia ərizəsinə Yasamal rayon Məhkəməsində sentyabrın 22-də hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Pənah Hüseyn APA-ya açıqlamasında məhkəməyə müraciət etməsinə səbəb kimi Q. Həsənquliyevin bu ilin iyun ayında mətbuatda yayılmış müsahibəsini göstərib. Onun sözlərinə görə, Q. Həsənquliyev müsahibədə P. Hüseynin AXC-nin pullarını mənimsəməkdə günahlandırıb: “Mən bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Lakin prosedura uyğun olaraq işə Yasamal rayon Məhkəməsində baxılacaq”.

P. Hüseynin məhkəməyə müraciət etməsinə səbəb Q. Həsənquliyevin bu sözləri olub: “Mənim yadımdadır ki, Pənah Hüseyn Xalq Cəbhəsinin pullarını götürüb qaçmışdı. Xatırladım ki, Pənah Hüseyni həm də pulları oğurladığına görə Cəbhəyə buraxmadılar. Bilirsiniz ki, bununla bağlı Ali Məclisin xüsusi qərarı olub”. Q.Həsənquliyev həmçinin AXCP sədri Əli Kərimlini xəyanətdə ittiham edib: “Əbülfəz bəy Bakını tərk edəndə Əli Kərimov dövlət katibi idi, ancaq Elçibəy paytaxtı tərk edəcəyi barədə ona nəsə deməyə ehtiyac görməmişdi. Çünki Elçibəy bilirdi ki, ona xəyanət edənlər sırasında Əli Kərimov da var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR