Bank Of Baku

Bahar Muradova: “Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyin siyasi qərarı lazımdır”

Bahar Muradova: “Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyin siyasi qərarı lazımdır”
# 08 sentyabr 2011 13:31 (UTC +04:00)
Çünki zaman-zaman ümidimizi hansısa görüşə və bu görüşdə razılığın əldə olunacağına bağlasaq da, bu görüşlər və müzakirələr həmin ümidlərimizin yaxın zamanda doğrulmayacağını göstərən sonluqla başa çatır. Çox təəssüf ki, prezidentlərin son Kazan görüşü də belə oldu. Baxmayaraq ki, bu görüşə qədər əksər ekspertlər Kazan danışıqlarına çox böyük ümidlə baxırdılar, hər dəfə olduğu kimi, bu görüş də erməni tərəfinin qeyri-konstruktivliyini, erməni siyasətinin mahiyyətini ortaya qoydu. Ermənistan hakimiyyətinin bu görüşdən sonrakı hərəkətləri də onu göstərir ki, danışıqlar prosesində onlar ən azı qeyri-səmimidirlər”. APA-nın məlumatına görə, bu sözləri YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Azərbaycan təkcə danışıqlar prosesində iştirak etmir, həm də özünün iqtisadi və hərbi qüdrətini artırır: “Dünyada siyasi yolla alınmayan qərarları hərbi yolla almağın mümkünlüyünü göstərən bir çox fakt var. Bu faktlar göstərir ki, artıq dünya ölkələri, beynəlxalq təşkilatlar özünün yaratdığı, qəbul etdiyi beynəlxalq hüquq normaları və prinsiplərini çox zaman güc tətbiqindən arxaya atır. Ona görə mən hesab edirəm ki, Azərbaycan lazım gələndə öz hüququndan istifadəyə hazırlığını daim gücləndirməlidir”.

B. Muradovanın sözlərinə görə, beynəlxalq güclərin imkanlarının, hansı təsir rıçaqlarının olduğunu hamı bilir: “Sadəcə, bundan istifadə üçün qərarlılıq ortada yoxdur. Qərar olsa ki, artıq bu münaqişəyə son qoymaq lazımdır, bunu anındaca etmək mümkündür. Yəni dünya dövlətlərinin Ermənistanın təcavüzünə “dur” demək imkanları var, onlar bunu edə bilərlər. Sadəcə, yenə deyirəm ki, qərar lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR