Bank Of Baku

Oruc Zalov: “Seçkidən-seçkiyə polis də öz işini təkmilləşdirir” - YENİLƏNİB

Oruc Zalov: “Seçkidən-seçkiyə polis də öz işini təkmilləşdirir” - <font color=red>YENİLƏNİB</font>
# 09 sentyabr 2011 07:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O, seçki zamanı polisin üzərinə düşən vəzifələrlə bağlı danışaraq, polis əməkdaşlarının öz vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini bildirib.

O. Zalov hər seçkiqabağı piket və digər toplantıların keçirilməsi ilə bağlı da polisin üzərinə düşən vəzifələrdən danışıb və həmin vaxt “Sərbəst toplaşma azadlığı haqqında” qanuna istinad etdiklərini bildirib.

Nazir müavini ötən il Milli Məclisə seçkilər zamanı namizədlərin seçicilərlə 1600 görüş və mitinq keçirdiyini, bunlardan 1500-nün razılaşdırılmış olduğunu söyləyib: “Polis razılaşdırılmış aksiyalarda asayişi qoruyaraq hüquqpozmaların qarşısını alıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR