Bank Of Baku

Daxili işlər nazirinin müavini: “Vətəndaşlar özləri vaxtı keçmiş şəxsiyyət vəsiqələrini dəyişdirməkdə maraqlı olmalıdır”

Daxili işlər nazirinin müavini: “Vətəndaşlar özləri vaxtı keçmiş şəxsiyyət vəsiqələrini dəyişdirməkdə maraqlı olmalıdır”
# 09 sentyabr 2011 07:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini ötən il keçirilmiş parlament seçkiləri zamanı şəxsiyyət vəsiqələri ilə bağlı ortaya problemlər çıxdığını bildirib: “Vəsiqələri yaşla əlaqədar dəyişməyənlər vardı. Bu cür şəxsiyyət vəsiqələri etibarsız sayılır. Ancaq seçki komissiyalarının məsələyə müdaxiləsi nəticəsində bu cür vəsiqəsi olanların da seçki hüququ təmin olundu, onlar səs verdilər. Vətəndaşlar özləri vaxtı keçmiş şəxsiyyət vəsiqəsini dəyişdirməkdə maraqlı olmalıdır. Biz bununla bağlı maarifləndirmə işləri də aparırıq. Bu gün 16 yaşına çatmış vətəndaşlarımız heç bir problemsiz şəxsiyyət vəsiqəsi ala bilirlər. Hazırda 16 yaşına çatmış şəxslərin 99 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR