Bank Of Baku

Asəf Hacıyev QDİƏT Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə komitəsində çıxış edəcək

Asəf Hacıyev QDİƏT Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə komitəsində çıxış edəcək
# 09 sentyabr 2011 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 12-də Bolqarıstanın Burqas şəhərində səfərdə olacaq. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda A. Hacıyevin “Mütəşəkkil cinayətgarlığa qarşı mübarizədə əldə olunmuş razılığa riayət edilməsi” mövzusunda çıxışı gözlənilir.

Tədbir çərçivəsində qurumun Reqlament üzrə işçi qrupunun iclası da keçiriləcək. Səfər sentyabrın 14-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR