Bank Of Baku

AMİP “Erməni terrorizmi beynəlxalq terrorun tərkib hissəsi kimi” mövzusunda dəyirmi masa keçirib

AMİP “Erməni terrorizmi beynəlxalq terrorun tərkib hissəsi kimi” mövzusunda dəyirmi masa keçirib
# 09 sentyabr 2011 11:45 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) “Erməni terrorizmi beynəlxalq terrorun tərkib hissəsi kimi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə erməni terror təşkilatları və onların törətdiyi hadisələr haqqında məlumat verilib.

Beynəlxalq aləmdə kifayət qədər terror təşkilatının olduğunu söyləyən AMİP-in mətbuat katibi Əli Orucov bildirib ki, bunların arasında erməni terror təşkilatları öz qəddarlığına və amansızlığına görə mühüm yer tutur: “Erməni dövlətinin başında duranlar da terrorçu qruplaşmaların bir ünsürləridir. Buna baxmayaraq beynəlxalq birlik tərəfindən onlara qarşı heç bir tədbir görülmür. Bu səbəbdən də ermənilər öz fəaliyyətlərini davam etdirir və heç nədən çəkinmirlər”.

Tədbirdə AXCP sədrinin müavini Asəf Quliyev, Beynəlxalq Diaspora Mərkəzinin nümayəndəsi Samir Adıgözəlli, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli, İrəvan Azadlıq Təşkilatının sədri Ceyran Ənsər və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR