Bank Of Baku

Mütəllim Rəhimli: “Siyasi səhnədə iflasa uğramış və ya bu yolda olan şəxs və qurumlarla müttəfiqlikdən söhbət gedə bilməz”

Mütəllim Rəhimli: “Siyasi səhnədə iflasa uğramış və ya bu yolda olan şəxs və qurumlarla müttəfiqlikdən söhbət gedə bilməz”
# 09 sentyabr 2011 12:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Dinamik və inkişaf edən partiyalarda həmişə ayrı-ayrı məsələlərlə bağlı fikir müxtəlifliyi olub ki, bu da tərəqqinin və demokratizmin ifadəsidir. Biz mütəmadi olaraq baş verən mühüm iqtisadi, siyasi və s. hadisələri dəyərləndiririk və bütün bunlarla bağlı partiyanın mövqeyinin formalaşmasına nail oluruq. Lakin indiki halda Ədalət Partiyasının nə AXCP, nə də Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası münasibətləri məsələsi müzakirə predmetinə çevrilməyib”. APA-nın məlumatına görə, bunu bəzi KİV-də Ədalət Partiyasının AXCP və Rəsul Quliyevin rəhbərlik etdiyi təşkilatlarla bir araya gələ biləcəyi, bununla bağlı partiya daxilində ciddi fikir ayrılıqlarının mövcud olduğu və geniş müzakirələr aparıldığı barədə yayılan məlumatlara münasibət bildirən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

M. Rəhimli bildirib ki, “Ədalət”i gələcəyin partiyası kimi görürlər: “Bu mənada siyasi səhnədə iflasa uğramış və ya bu yolda olan şəxslər və qurumlarla hər hansı müttəfiqlikdən söhbət gedə bilməz”.

M. Rəhimli, həmçinin, qeyd edib ki, Ədalət Partiyası parlament seçkiləri ərəfəsində Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi və Fazil Qəzənfəroğlunun sədri olduğu Böyük Quruluş partiyaları ilə eyni blokda olub, seçkilərə birgə qatılıb: “Müəyyən uğurlarımız da var. Biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Mənim fikrimcə, gələcəkdə bu əməkdaşlığın daha irəli gedən formasını tapmaq və vahid gücə çevrilmək mümkündür”.

M. Rəhimli sonda onu da qeyd edib ki, hazırda parlamentdə hər üç partiya və VHP əməkdaşlıq edir, mövqe uzlaşması nümayiş etdirməyə çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR