Bank Of Baku

Məzahir Pənahov DSK sədrlərinə gigiyenik təmizliyə xüsusi diqqət yetirməyi tapşırıb

Məzahir Pənahov DSK sədrlərinə gigiyenik təmizliyə xüsusi diqqət yetirməyi tapşırıb
# 09 sentyabr 2011 13:05 (UTC +04:00)
Beynəlxalq müşahidəçilərin ən yaxşı qarşılanması onlar gələn zaman seçki komissiyası üzvlərinin öz işi ilə məşğul olmasıdır”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov deyib ki, beynəlxalq müşahidəçilər Azərbaycanın iqtidarda olan partiyasının populyarlıq səviyyəsi barədə məlumatları var: “Lakin bəzən seçki məntəqələrində yersiz hərəkət edərək qaş düzəltmək yerinə göz çıxaranlar, bununla da beynəlxalq müşahidəçilərə əsas verənlər olur. Bunu dəqiq bilməliyik ki, biz ingilis, almanı və başqalarını aldada bilmərik”.

M. Pənahov MSK-nın bundan sonra da beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcəyini bildirib.

MSK sədri DSK sədrlərinə gigiyenik təmizliyə xüsusi diqqət yetirməyi də tapşırıb: “Həmişə iş yerinə yuyunub gedin, gigiyenik təmizliyə diqqət edin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR