Bank Of Baku

Məzahir Pənahov DSK sədrlərinə sertifikatlar təqdim edib

Məzahir Pənahov DSK sədrlərinə sertifikatlar təqdim edib
# 09 sentyabr 2011 13:07 (UTC +04:00)
APA-nın məlumatına görə, kursların beşinci günündə daxili işlər nazirinin müavini Oruc Zalov “Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzusunda, MSK üzvü Fuad Cavadov “Seçici siyahılarının tərtibi, dəqiqləşdirilməsi, seçicilərə təqdim edilməsi qaydası və şərtləri” mövzusunda, MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov isə “Seçki prosesində dövlət avtomatlaşdırılmış informasiya sistemindən (DAİS) istifadə təcrübəsi, veb-kameraların tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

MSK sədri Məzahir Pənahov çıxış edərək kursların əhəmiyyətindən danışıb. Sonda M. Pənahov 125 DSK sədrinə sertifikatları təqdim edib.

Qeyd edək ki, sentyabrın 10-11-də kurslar mədəni tədbirlərlə sona çatacaq. Kurslar prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar keçirilirdi. Məqsəd sərəncama uyğun olaraq seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.
Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR