Bank Of Baku

Müsavat və AXCP funksionerlərinin məhkəməsi davam etdirilib

Müsavat və AXCP funksionerlərinin məhkəməsi davam etdirilib
# 09 sentyabr 2011 14:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə aksiya zamanı zərərçəkmiş polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxsləri aksiya zamanı görmədiklərini deyiblər.

Proses sentyabrın 12-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR