Bank Of Baku

Məzahir Pənahov Ombudsmanın seçici siyahılarında ölmüş şəxslərin adlarına rast gəlinməsi barədə iddialarına münasibət bildirib

Məzahir Pənahov Ombudsmanın seçici siyahılarında ölmüş şəxslərin adlarına rast gəlinməsi barədə iddialarına münasibət bildirib
# 09 sentyabr 2011 14:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Ombudsman Elmira Süleymanovanın seçici siyahılarında ölmüş şəxslərin adlarına rast gəlinməsi barədə iddialarına münasibət bildirib. APA-nın məlumatına görə, M. Pənahov bu cür halların olmasını istisna etməyib: “Həqiqətən də belə hallar ola bilər. Lakin bu, o demək deyil ki, bizdə bu məsələdə, yəni seçici siyahılarında ciddi çatışmazlıqlar var. Seçkilər milyonlarla insanı özündə əhatə edən bir prosesdir, çatışmazlıqlar ola bilər. Bununla yanaşı, biz bu cür halların olmamasını ciddi şəkildə tələb edirik”.

M. Pənahov seçici siyahısında vəfat etmiş şəxslərin adları olarkən bunun həmin adamların yaxınlarına mənəvi cəhətdən çox pis təsir etdiyini vurğulayıb: “Elmira xanım da məhz bu məsələləri nəzərdə tutaraq belə deyib”.

Xatırladaq ki, E. Süleymanova MSK-nın DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında “Seçici siyahılarında vəfat etmiş şəxslərin adlarına rast gəlmək olur” fikrini işlədib. O, DSK sədrlərinə bu cür məsələlərdə diqqətli olmağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR