Bank Of Baku

ADP: İran hakimiyyətinin qəddar münasibətindən narahatıq

ADP: İran hakimiyyətinin qəddar münasibətindən narahatıq
# 12 sentyabr 2011 12:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin (İH) növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və təşkilati məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrin sonunda partiya adından bir sıra mühüm hadisələrə dair münasibət bildirilməsi qərarlaşdırılıb.

İH İranın bir sıra şəhərlərində başlayan etiraz aksiyaları və bu zaman aksiyaçılara İran hakimiyyətinin qəddar münasibəti ilə əlaqədar yaranmış vəziyyəti narahatlıqla izlədiyini və aksiyaçıların haqlı tələblərini dəstəklədiyini bir daha bəyan edib.

İclasda həmçinin Türkiyə və İsrail dövlətləri arasında yaranmış gərginliyin durmadan artması, bu vəziyyətin bütün bölgə dövlətləri, o cümlədən Azərbaycanın təhlükəsizliyi və siyasi maraqları baxımından narahatlıq doğurduğu vurğulanıb.

İdarə Heyəti üzvləri ötən həftə Rusiyada baş verən dəhşətli təyyarə qəzasından sarsıldıqlarını bildirmək və həlak olanların yaxınlarına başsağlığı verilməsi məqsədilə bu ölkənin Bakıdakı səfirliyinə məktub göndərilməsini də qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR