Bank Of Baku

Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayıb

Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayıb
# 12 sentyabr 2011 13:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları davam etdirir. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar bu gün başlayıb və sentyabrın 14-dək regionlarda keçiriləcək. Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, məsul işçiləri, DSK sədrləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaqlar.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR