Bank Of Baku

BAXCP İdarə Heyətinin iclası keçirib

BAXCP İdarə Heyətinin iclası keçirib
# 12 sentyabr 2011 13:09 (UTC +04:00)
Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Urmu gölünün qurudulmasına qarşı Güney Azərbaycanda başlayan etiraz aksiyalarıyla bağlı olub. BAXCP İdarə Heyəti fars-molla rejiminin dinc nümayişçilərə qarşı amansız davranışlarını qətiyyətlə pisləyib: “BAXCP İdarə Heyəti İran adlanan dövlətin sərhədləri çərçivəsində yaşamaq məcburiyyətində qalan Güney Azərbaycan türklərinin haqlı mübarizəsini dəstəkləyir və dünya ictimaiyyətini İranın sayı 35 milyondan çox olan türk toplumunun öz hüquqları və Urmu gölünün qurudulması nəticəsində ortaya çıxa biləcək ekoloji fəlakətin qarşısının alınması uğrunda mücadiləsinə diqqətlə yanaşmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR