Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 12 sentyabr 2011 14:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlər haqqında məlumat verilib. Partiyadaxili məsələlər bölməsində Gəncə şəhər və Saatlı rayon təşkilatının konfransları barədə məlumat dinlənilib və müsbət qiymətləndirilib.

Daha sonra 2 aprel məhbuslarının məhkəmə prosesi haqqında məsələ müzakirə olunub. Qeyd edilib ki, son günlər Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının qan təzyiqində problemlər yaranıb, onun hərtərəfli müayinəsi və müalicəsinə ciddi ehtiyac var.
Toplantıda ictimai-siyasi vəziyyət müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR