Bank Of Baku

Bahar Muradova: “Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi daim beynəlxalq təşkilatların gündəmində olmalıdır”

Bahar Muradova: “Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi daim beynəlxalq təşkilatların gündəmində olmalıdır”
# 12 sentyabr 2011 14:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “ATƏT Parlament Assambleyasının oktyabrın 7-dən 10-dək Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək payız sessiyasında Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı məsələ qaldırılacaq”. APA-nın xəbərinə görə, bu barədə YAP-ın saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.

B. Muradova bildirib ki, sessiyada Cənub-Şərqi Avropa regionundakı problemlər müzakirə ediləcək, o cümlədən, məcburi köçkün və qaçqınlar problemi, insan alveri və digər məsələlər diqqət mərkəzində olacaq. O deyib ki, Azərbaycan tərəfi dəfələrlə qurumda Dağlıq Qarabağ probleminin müzakirəsi təşəbbüsü ilə çıxış edib: “Payız sessiyasında belə bir müzakirələrin keçirilməsi reallaşa bilər. Çünki təşkilatın rəhbəri bunun üçün çalışacağını, həmsədrlərin hesabatını təşkil edəcəyini bildirib. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, təşkilatın fəxri sədri Joao Suares də belə bir tədbirin keçirilməsində maraqlıdır. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi daim beynəlxalq təşkilatların gündəmində olmalıdır. Nümayəndə heyəti olaraq növbəti sessiyada da torpaqlarımızın işğalı, məcburi köçkünlərin vəziyyəti barədə məlumatlar Avropa parlamentarlarının diqqətinə çatdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR