Bank Of Baku

Azərbaycan İslam Partiyası sədrinin və digərlərinin məhkəməsində şahidlər ifadə veriblər

Azərbaycan İslam Partiyası sədrinin və digərlərinin məhkəməsində şahidlər ifadə veriblər
# 12 sentyabr 2011 15:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədov və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun cinayət işi üzrə şahidlər ifadə veriblər. Vəkil Anar Qasımov həmin şəxslərin ziddiyyətli ifadələr verdiklərini, bəzi şahidlərin təqsirləndirilən şəxsləri ümumiyyətlə, tanımadıqlarını deyib.

Proses sentyabrın 14-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR