Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Qobustan tinglik mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Qobustan tinglik mərkəzinin açılışında iştirak edib
# 13 sentyabr 2011 12:10 (UTC +04:00)
Qobustan-APA. Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində “Kafur-pas” MMC-nin tinglik mərkəzinin açılışında iştirak edib. APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, rəmzi açılışı bildirən lenti kəsən dövlət başçısına məlumat verilib ki, adətən Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilib. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilib. Suvarma sistemi avtomatlaşdırılıb. Mərkəzdə əkin sahəsindən əlavə giriş qala qapısı, su deposu yaradılıb. Açıq su deposunun üzərində dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri yaradılıb. Buradakı iki süni göldə balıq və digər su canlıları saxlanılır. Tinglik mərkəzində avtomobillərin rahat hərəkəti üçün daxili yollara asfalt örtüyü salınıb. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilib.
Dövlət başçısı elektromobillə mərkəzin ərazisini gəzib. Gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulub. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulub. Bu yurtların sütunları 99 şam ağacının gövdəsindən hazırlanır. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Gələcəkdə tingliyin “Qobustan Bağ-Bağat” mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər.
Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR