Azərbaycan prezidenti Şamaxıda bəzi obyektlərdə aparılan yenidənqurma işləri ilə tanış olub, Sabirin heykəlinin açılışda iştirak edib
Prezident kompleksin maketi və inşaat işlərindən sonrakı görüntüsünü əks etdirən stendlərlə tanış olub.
Dövlət başçısı burada inşası nəzərdə tutulan “Olimpik” hotelinin görüntülərini əks etdirən filmə baxıb.
Məlumat verilib ki, kompleksdə məşqlər üçün 1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans zalları və sauna qurulacaq. Ərazidə yerləşən oyun meydançalarının hamısının örtükləri dəyişdirilir.
Prezident stadionla tanış olub. Bildirilib ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılıb. Burada altıcərgəli yeni qaçış zolağı da salınır.
Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaq.
Bildirilib ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Görülən yenidənqurma işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək 6 hektara çatdırılıb.
Prezident görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
Dövlət başçısı Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə də tanış olub. Prezidentə əvvəlcə məscidin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib.
Dövlət başçısı Şamaxı şəhərində yağış suları qəbul edən xəttin sxemini əks etdirən stendə baxıb. Məlumat verilib ki, uzunluğu 11 min poqonmetr olan xəttin üzərində 13 səviyyə quyusu, 191 baxış quyusu, 119 yağış barmaqlığı quraşdırılacaq. Xəttin orta dərinliyi 2,5 metr olacaq. Burada 110 min kubmetr həcmində torpaq işləri görüləcək.
Məsciddə aparılan yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa edilib. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurub. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunub. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək təxminən 1700 günahsız insanı qətlə yetiriblər.
Vurğulanıb ki, sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.
Bildirilib ki, milli mənəvi dəyələrin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və digər bölgələrdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunub və yenidən qurulub. Prezident İlham Əliyevin ötən illərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və “Şamaxıdakı Cümə məscidi Dövlət Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalaması da bu müqəddəs amaldan qaynaqlanır.
Qeyd edilib ki, Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, Şamaxı Cümə məscidində əsaslı təmir və bərpa işlərinə 2010-cu ilin martında başlanılıb. Baş plana əsasən, hazırda ikimərtəbəli inzibati binanın, məişət binasının, məscidə giriş pilləkəninin və körpücüyün tikintisi başa çatdırılıb. Məscidin 36 metr hündürlüyündəki iki minarəsinin tikintisi artıq sona yetib.
Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda tamamlama-bəzək işləri davam etdirilir. Məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Məscidin günbəzi qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcək. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar yaradılacaq.
Bildirilib ki, Şamaxı seysmik zonada yerləşdiyi üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Yeni layihəyə görə, ibadət məkanının qarşısında üstündə günbəz olan 4 metrlik giriş qapısı da tikiləcək. Ərazidəki qədim hücrələr də bərpa olunacaq, ətrafda geniş abadlıq işləri aparılacaq.
Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlət başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb. Bu da memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin yenidən qurulmasına imkan verəcək. Beləliklə, Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən diqqət və qayğının bariz nümunəsinə çevriləcək.
Prezident məscidin istifadəyə veriləndən sonrakı görüntüsünü əks etdirən stendə baxıb, tövsiyə və tapşırıqlarını verib.
Dövlət başçısı daha sonra Sabir qəsəbəsinə gəlib. Məlumat verilib ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülüb, elektrik və digər kommunal xətləri yenilənib, geniş yaşıllaşdırma işləri aparılıb. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılıb.
Prezident dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak edib, önünə gül dəstəsi qoyub.
Dövlət başçısı Şamaxıda “Şirvan” mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə də tanış olub.
Diqqətə çatdırılıb ki, bina 1974-cü ildə inşa edilib, ötən ilə qədər istifadədə olub. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanıb. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulur.
Məlumat verilib ki, əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərəcək. Bundan əlavə, mehmanxananın həyətində tikiləcək binada böyük konfrans zalı, tədbirlərin keçirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar olacaq. Ərazidə uşaqlar üçün də oyun meydançaları yaradılacaq.
Bildirilib ki, bu mehmanxana kompleksi böyük turizm potensialı olan Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaq. Bundan əlavə, rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaq.
Dövlət başçısı mehmanxananın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən stendlə tanış olub, tapşırıqlarını verib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub