Bank Of Baku

“İrandakı son durum Urmiya hadisələri fonunda” adlı dəyirmi masa keçirilib

“İrandakı son durum Urmiya hadisələri fonunda” adlı dəyirmi masa keçirilib
# 13 sentyabr 2011 15:00 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “İrandakı son durum Urmiya hadisələri fonunda” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Cənubi Azərbaycanda baş verən son hadisələr, Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran dövləti tərəfindən tədbir görülməməsi və bunun məqsədli şəkildə həyata keçirilməsi müzakirə olunub.

DAK həmsədri Sabir Rüstəmxanlı İranda gedən son proseslərə münasibət bildirərək deyib: “İranda artıq duz inqilabı başlayıb. Urmiya gölünün qurumasının qarşısını almaq mümkünsüz hala çevrilib. Ekoloji tarazlılığın pozulmasının qarşısını almaq üçün bütün dünya, xüsusən də Azərbaycan həyəcan təbili çalmalıdır”.

Nəzərə çatdırılıb ki, Urmiya gölünün quruması İran dövləti tərəfindən düşünülmüş şəkildə edilir. Burada iqlim dəyişikliyi deyil, məhz insan faktoru böyük rol oynayır. Məqsəd bu regionda yaşayan 10 milyona yaxın azərbaycanlını digər ərazilərə köçürmək və gələcəkdə baş verə biləcək hadisələrin qarşısını almaqdır.

Tədbirdə Fazil Mustafa (BQP), Fəzail Ağamalı (AVP), Adil Minbaşıyev (DAK), Əvəz Temirxan (ALP), Şakir Ulubəyli (DBP), Zəlimxan Məmmədli (“Borçalı” cəmiyyəti), DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, fəlsəfə elmləri doktoru Dilavər Əzizli və başqaları çıxış ediblər.

Sonda təklif olunub ki, Cənubi Azərbaycan problemləri ilə əlaqədar Koordinasiya Şurası yaradılsın, kollektiv şəkildə qurum, partiya formasında DAK tərkibində birləşərək mübarizə aparılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR