Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədr müavini UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədr müavini UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini ilə görüşüb
# 13 sentyabr 2011 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional nümayəndəliyinin direktor müavini Kirsi Madi ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda uşaqların təhsili, onların sağlamlığının qorunması, Milli Məclislə UNİCEF arasında qanun yaradıcılığı sahəsində əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş tədbirlər müzakirə olunub. B. Muradova bu təşkilatla Azərbaycanın qarşılıqlı əməkdaşlığının gələcəkdə hər iki tərəfə daha əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.

K. Madi isə hazırlanma mərhələsində olan “Sosial xidmətlər haqqında” qanun layihəsinin qəbulundan sonra Azərbaycanda mövcud sahədə vəziyyətin daha da yaxşılaşacağına inandığını deyib. O, UNİCEF-in əməkdaşlıq etdiyi ölkələrdə parlament qurumlarına xüsusi önəm verdiyini və parlamentlərlə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli yaxın gələcəkdə sosial sahədə qəbul olunması nəzərdə tutulan qanun layihələri barədə məlumat verib. H. Rəcəbli bildirib ki, Azərbaycanın körpələrin qidalanması ilə bağlı qanununun BMT-də model qanun kimi qəbul edilməsi UNİCEF-lə uğurlu əməkdaşlığın nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR