Bank Of Baku

AMİP İran səfirliyinin qarşısında piket keçirib

AMİP İran səfirliyinin qarşısında piket keçirib
# 14 sentyabr 2011 11:38 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib. APA-nın məlumatına görə, piketdə “Torpaq bölünməz, ana dilim ölməz!”, “Soyqırıma son qoyulsun!” kimi şüarlar səsləndirilib.

Aksiyada tələb olunub ki, Güney Azərbaycanda yaşayan azərbaycanlılara qarşı İran hakimiyyətinin başladığı zorakılıq hallarına, repressiyalara, təqiblərə və təzyiqlərə son qoyulsun, həbs olunan hərəkat fəalları tezliklə azadlığa buraxılsın, Urmiya gölünün qurumasının qarşısı alınsın, gölün əvvəlki səviyyəsinin bərpası üçün İran dövləti təxirəsalınmaz tədbirlər görsün.

Polis tərəfindən keçirilməsinə icazə verilməyən aksiya dinc şəkildə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR