Bank Of Baku

Müxalifət partiyalarının nümayəndələri türk şəhidlərinin abidə kompleksini ziyarət ediblər

Müxalifət partiyalarının nümayəndələri türk şəhidlərinin abidə kompleksini ziyarət ediblər
# 15 sentyabr 2011 11:08 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. İctimai Palatanın (İP) üzvləri, ziyalılar və müxalifət partiyalarının nümayəndələri türk şəhidlərinin abidə kompleksini ziyarət ediblər. APA-nın məlumatına görə mərasimdə 1918-ci ilin 15 sentyabrında Bakının işğalçı qüvvələr tərəfindən azad olunması uğrunda döyüşlərdə öz canından keçən türk əsgərlərinin qəhrəmanlıq və şücaətindən bəhs olunub.

Nəzərə çatdırılıb ki, məhz türk ordusunun köməkliyi sayəsində Azərbaycan və onun paytaxtı Bakı şəhəri erməni-bolşevik qüvvələri tərəfindən azad edilib. Ona görə də Azərbaycan–Türkiyə dostluğu həmişə mövcud olub və olacaq. Türk şəhidliyindəki abidə bu qardaşlığın, dostluğun bir nümunəsidir.

Mərasimdə Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli çıxış edib.

Tədbir iştirakçıların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR