Bank Of Baku

Türkiyə səfirliyində Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Türkiyə səfirliyində Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib
# 15 sentyabr 2011 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Azərbaycandakı səfirliyində Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirə millət vəkilləri, tarixçilər, ictimai təşkilatların nümayəndələri və Bakıda fəaliyyət göstərən türk iş adamları qatılıb.

Əvvəlcə TRT-nin hazırladığı və Bakının işğaldan azad edilməsində Qafqaz İslam Ordusunun roluna həsr olunmuş sənədli film nümayiş etdirilib. Sonra tarixçi alim, deputat Musa Qasımlı çıxış edərək Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyinin elan edilməsindəki rolundan danışıb.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bəyan edib ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi tarixi hadisədir: “Türk və Azərbaycan əsgərlərinin bu şərəfli missiyasını gənclər öyrənməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR