Bank Of Baku

Milli Məclisin payız sessiyasında “Mədəniyyət haqqında” yeni qanun layihəsinin ilkin müzakirələri aparılacaq

Milli Məclisin payız sessiyasında “Mədəniyyət haqqında” yeni qanun layihəsinin ilkin müzakirələri aparılacaq
# 15 sentyabr 2011 12:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Milli Məclisinin payız sessiyası çərçivəsində «Mədəniyyət haqqında» yeni qanun layihəsinin ilkin müzakirələrinin aparılması planlaşdırılır. Bu barədə APA-ya parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

Millət vəkilinin sözlərinə görə, ölkədə «Mədəniyyət haqqında» qanun mövcud olsa da, günün tələblərinə cavab vermir. Ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul edilmiş qanunda bir çox məsələlər əsasən deklarativ xarakter daşıyır.

Komitə sədri bildirib ki, yeni qanun layihəsi hazırda qüvvədə olandan çox fərqlənir. Burada prodüser anlayışı, şou-biznes anlayışı, yaradıcı şəxslər və yaradıcı təşkilatlarla bağlı bir sıra məsələlər və s. əksini tapır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR