Bank Of Baku

Parlamentdə “Muğam sənətinin qorunması haqqında” qanun layihəsi müzakirə olunacaq

Parlamentdə “Muğam sənətinin qorunması haqqında” qanun layihəsi müzakirə olunacaq
# 15 sentyabr 2011 12:24 (UTC +04:00)
Bu barədə APA-ya parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

N. Cəfərovun sözlərinə görə, qanun layihəsi komitənin sədr müavini Rafael Cəbrayılov tərəfindən hazırlanaraq təqdim olunub. Layihə üzərində ilk müzakirələr isə parlamentin yaz sessiyası dövründə aparılıb.

“Bu qanun layihəsi sosial sifarişdən irəli gəlib. Dövlət tərəfindən muğam sənətinə son illərdə göstərilən qayğı və bu sahədə aparılan işlər belə bir qanunun qəbuluna şərait yaradıb”, - deyə komitə sədri əlavə edib.

N. Cəfərovun sözlərinə görə, qanun layihəsində muğam sənətinin qorunması, muğam tədrisi, elmi araşdırmaların aparılması və s. məsələlər əksini tapır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR