Bank Of Baku

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun oğlunun 40 mərasimi keçirilib

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun oğlunun 40 mərasimi keçirilib
# 15 sentyabr 2011 14:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, mərasimdə “Qurani-Kərim”dən surələr və mərhumun ruhuna dualar oxunub. Mərasimə gələnlər arasında parlamentin keçmiş spikeri Yaqub Məmmədov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, ASDP həmsədri Araz Əlizadə, həmçinin A. Mütəllibovun ölkəyə rəhbərlik etdiyi illərdə hökumətdə təmsil olunan bəzi şəxs də olub.

Mərasimdə iştirak edən Ayaz Mütəllibov və mərhumun ailə üzvləri, yaxınları, taziyəyə gələnlərin başsağlığını qəbul ediblər.

Qeyd edək ki, 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün avqustun 8-də Moskvadan Azərbaycana gəlib. Ayaz Mütəllibovun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib.

Azad Mütəllibov Yasamal qəbiristanlığında, babasının yanında torpağa tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR