Bank Of Baku

Azərbaycan Prezident Administrasiyası nazirlik və komitələrə tapşırıq verib

Azərbaycan Prezident Administrasiyası nazirlik və komitələrə tapşırıq verib
# 15 sentyabr 2011 14:11 (UTC +04:00)
APA-nın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, tapşırıqda indiyədək nazirlik və komitələrdin saytlarında vətəndaşların müraciətlərini asanlaşdıran məqamların olduğu, bununla belə, zəruri addımların atılmasının, sistemli qaydada işlər görülməsinin vacibliyi vurğulanıb.

Beləliklə, nazirlik və komitələrin rəhbərlərinə müvafiq internet resurslarda (hər bir qurumun rəsmi saytında) rəhbər şəxslər tərəfindən vətəndaşların qəbul günlərinin, vətəndaşların müraciət etməsi üçün bölümlərin yaradılması və s. məlumatların yerləşdirilməsi tapşırılıb.

APA-nın nazirlik və komitələrin rəsmi saytlarında apardığı müşahidələrə əsasən, qurumların əksəriyyəti artıq tapşırığı yerinə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR