Bank Of Baku

Azərbaycan prezidenti Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 15 sentyabr 2011 16:26 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamın preambula hissəsində bildirilir ki, son illər ərzində Şamaxıda infrastruktur, o cümlədən yol-nəqliyyat sahəsində bir sıra layihələr uğurla həyata keçirilib, müasir Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, istirahət obyektləri inşa olunub və sənaye müəssisələri açılıb, əhalinin içməli su ilə təchizatı sisteminin əsaslı şəkildə yenidən qurulmasına başlanıb. Dünyanın nüfuzlu elm ocaqlarından biri kimi şöhrət qazanmış Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və ən qədim müsəlman məbədlərindən olan Cümə məscidində hazırda əsaslı təmir-tikinti işləri davam etdirilir.
Şamaxının memarlıq ənənələrimizi yaşadan tarixi abidələri, füsunkar təbiəti və mövcud infrastrukturu şəhərin baş plan əsasında, turizmin inkişafı perspektivləri də nəzərə alınmaqla, yenidən qurulmasını və abadlaşdırılmasını, onun sel sularından və digər təbiət hadisələrindən qorunmasını zəruri edir.

Prezident Şamaxının qədim tarixi-mədəni irsinin, memarlıq abidələrinin mühafizəsini, müasir turizm infrastrukturunun yaradılmasını və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR