Bank Of Baku

Azərbaycan prezidenti Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 15 sentyabr 2011 16:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamın preambula hissəsində bildirilir ki, Qobustan rayonunun sosial-iqtisadi həyatında son illərdə əsaslı dəyişikliklər baş verib, ümumi məhsul buraxılışı 2,7 dəfə, sənaye məhsulunun həcmi 5 dəfə artıb, 2008-ci ildə şəhər statusu almış və əhalisinin sayı iki dəfə çoxalmış rayon mərkəzinin ərazisi genişləndirilib, sosial-iqtisadi yönümlü bir sıra obyektlər, o cümlədən yeni məktəblər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri həyata keçirilib.
Prezident İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qobustan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR