Bank Of Baku

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Rusiyaya qayıdacağı dəqiq tarix açıqlanıb

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Rusiyaya qayıdacağı dəqiq tarix açıqlanıb
# 16 sentyabr 2011 08:39 (UTC +04:00)
ASDP-nin digər həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident sentyabrın 18-də səhər saatlarında təyyarə ilə Rusiyaya qayıdacaq: “Ayaz müəllimin toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilmişdi. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdır”.

Qeyd edək ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR