Bank Of Baku

QAT BMT baş katibi və Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə müraciət göndərib

QAT BMT baş katibi və Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə müraciət göndərib
# 16 sentyabr 2011 10:54 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Ağsaqqallar Şurasının üzvləri və bir qrup ictimai xadim BMT Baş Assambleyasında Dağlıq Qarabağ məsələsinin gözlənilən müzakirəsi ilə bağlı BMT baş katibi və Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə göndərilmiş müraciətə dair mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə müraciətdə bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq səylər gücləndirilməli, torpaqlarımız işğaldan azad edilməli, qaçqın və köçkünlərin öz yurdlarına qaytarılması üçün konkret addımlar atılmalı, işğalçı ilə işğala məruz qalan tərəf arasında balanslaşdırılmış yanaşmaya son qoyulmalı, Baş Assambleya BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, digər qərarların yerinə yetirilməsini təmin etməli, Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentləri münaqişənin nizama salınmasına öz paylarını verməli, qeyri-müəyyənliyə son qoyulmalıdır.

QAT sədri Akif Nağı deyib ki, əsas məqsəd 2008-ci il martın 14-də BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunan zaman bitərəf qalan və sənədin əleyhinə səs vermiş ölkələrin nəzərinə bu problemi bir daha çatdırmaqdır.

Tədbirdə QAT Ağsaqqallar Şurasının üzvü, akademik Cəlal Allahverdiyev, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Hüseynov, texnika elmləri namizədi, dosent, şəhid atası Allahverdi Orucov və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR