Yusif Bağırzadə: “Razılıq pozulduğuna görə İctimai Palatada fəaliyyətimizi dayandırdıq” - MÜSAHİBƏ
- Müalicə olunurdunuz, hazırda səhhətiniz necədir?
- Mənim hərəkətimlə bağlı problem vardı, onurğa sütunumda yırtıq əmələ gəlmişdi. Almaniyada əməliyyat keçirdim. Hazırda səhhətim yaxşıdır, özümü əla hiss edirəm.
- Siz müalicə olunduğunuz vaxtda bəzi partiya yetkililəri, o cümlədən Əli Orucov AMİP-in fəaliyyətində qüsurlar olması barədə açıqlamalar verdi. Doğrudan AMİP-də axsamalar var?
- AMİP Nizamnaməsinə uyğun olaraq kollegial bir təşkilatdır. Bizdə hər şey şəffafdır, bütün qərarlar kollegial qaydada qəbul olunur. Siz deyənlər partiya funksionerlərinin mövqeyidir. Mən partiya sədri olandan sonra AMİP-də vəziyyət dəyişib, partiyada böyük canlanma var idi. Bu ilin təxminən ortalarına yaxın AMİP İctimai Palatada fəaliyyətini dayandırdı, həmin vaxt mənim səhhətimdə problem yarandı, müalicəyə getdim, yay mövsümü idi və s. Bütün bu amillər partiyamızın fəaliyyətinə təsir etdi, həqiqətən də axsamalar vardı. Amma indi hər şey qaydasına düşüb, partiya fəaliyyətini əvvəlki axarla davam etdirir. Gördüyünüz kimi, işə çıxan kimi partiya funksionerləri ilə İsveçə səfərim oldu. Sonra, İran səfirliyinin qarşısında piket keçirdik. Bundan sonra da proqram çərçivəsində AMİP fəaliyyətini davam etdirəcək, partiyanın iclasları vaxtı-vaxtında keçiriləcək.
- AMİP funksionerlərinin partiyanın fəaliyyətində axsamalar olduğunu deyərkən bunun əksini iddia edənlər də vardı. Məsələn, AMİP-in baş katibi Arzuxan Əlizadə deyirdi ki, partiyada problem yoxdur. Hazırda AMİP-də qruplaşma, ikitirəlik varmı?
- Xeyr, partiyada heç bir qruplaşma yoxdur. Partiyanın Siyasi Şurası var, zəruri məsələlər Siyasi Şurada müzakirə olunacaq.
- Siz mətbuata açıqlamanızda demisiniz ki, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə bilər. Bu, nə qədər realdır?
- Yox, bu dediklərim sadəcə ehtimaldır. Yəni, AMİP İctimai Palatada fəaliyyətini davam etdirə də bilər, etdirməyə də bilər. Bu, Siyasi Şuranın qərarı ilə bağlı məsələdir. Siyasi Şuranın verdiyi qərarları partiya icra edir. Siyasi Şura İctimai Palatada fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bununla bağlı sənəd də qəbul etmişik və nəyə görə iştirakımız dayandırdığımızı orada göstərmişik. Ancaq bəzi üzvlərimiz indi də İctimai Palatada fəaliyyətini davam etdirir. İctimai Palata yeni yaradılmış qurumdur, bizim orada tövsiyələrimiz və bir razılığımız var idi. Razılıq pozulduğuna görə fəaliyyətimizi dayandırdıq. Bir daha deyirəm ki, AMİP məsələlərin həllini təkcə küçə yürüşü və mitinqlərdə görmür. Bununla bağlı İctimai Palatada mənim də, Başqalarının da çıxışları olmuşdu ki, təşkilatlanma işi başa çatmadan, digər zəruri işlər başa çatmadan buna getmək olmaz, bu cür məsələlər hələ tezdir. Biz hələ proqramla çıxış etməli, Nizamnamə qəbul etməliydik. İndi görürsünüz, Palata “yol xəritəsi” hazırlayıb. Bilirsiz, mitinq, yürüş son məqamdır və bunun da modeli, forması var. Beləliklə, bildirirəm ki, AMİP Siyasi Şurası nə vaxt qərar versə, biz İctimai Palatada fəaliyyətimizi davam etdirəcəyik. Partiyada bu məsələ ilə bağlı müxtəlif fikirlər olub, bu gün də var. Amma AMİP-də qərar qəbul olunursa, hər kəs bu qərara tabedir. Bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə oluna bilər. O da ola bilər ki, Siyasi Şura sabah qərar verir və biz yenə də İctimai Palatada fəaliyyətimizi davam etdiririk.
- Deyirsiz ki, bu məsələ AMİP-in rayon təşkilatlarında, həmçinin üç aydan bir keçirilən Mərkəzi Şura iclasında müzakirə olunmalıdır. AMİP İctimai Palatada fəaliyyətini dayandıran vaxt rayon təşkilatlarının konfransı çağırılmışdı?
-Xeyr. AMİP nə İctimai Palatanı təsis edəndə, nə də fəaliyyətini dayandıranda belə konfrans çağırılmamışdı. Amma həmin dövrdə qərarlar Mərkəzi Şuralar arası dövrdə partiyanın qərarverici orqanı olan Siyasi Şura tərəfindən müzakirə olunaraq qəbul edilib. Bir şeyi deyim ki, bizim fəaliyyət istiqamətimizin bir hissəsi partiyanın gücləndirilməsinə yönəldilibsə, digər istiqaməti siyasi partiyalarla əməkdaşlıqla bağlıdır. Məsələn, “Altılar”ın toplantısına da qatıldıq. Onlara dedik ki, biz orda yoxuq, amma fəaliyyətinizi başlayın, görək ortaya nə çıxacaq. Bir blokdan çıx, başqa hərəkata qoşul... Belə olmaz. 2013-cü il yaxınlaşdıqca siyasi müxalifət düşərgəsində qruplaşmalar olacaq. Axır hərə öz yerini tapacaq. Buna heç pis də baxmaq lazım deyil. 2013-cü ilə qədər hələ qarşıda iki il vaxt var. Ola bilsin “Altılar”la İctimai Palata birləşdi. Hər şey ola bilər.
- Bayaq dediniz ki, bizim İctimai Palatada bir razılığımız var idi, razılıq pozulduğuna görə orada fəaliyyətimizi dayandırdıq. Söhbət hansı razılaşmadan gedir?
- Mən küçə yürüşləri və mitinqlərə getməyin tez olduğunu demişdim. Birinci dəfə idi ki, Azərbaycanda siyasi partiyalarla vətəndaş cəmiyyətinin nümayəndələri bir qurumda fəaliyyət göstərirdi. Yəni, İctimai Palata yeni bir model idi. Yeni model də olduğuna görə vaxt lazım idi ki, sənədlər qəbul olunsun. Beynəlxalq təşkilatların nümayəndələri ilə də görüşəndə bizdən sənəd tələb edirdilər ki, sənədinizi ortaya qoyun. Bununla bağlı razılığa gəlmişdik. İkincisi, biz partiya olaraq İctimai Palatanı daha geniş formatda görmək istəyirdik. Məsələn, mənim özümün iki partiya ilə bağlı təklifim olmuşdu ki, onlar İctimai Palatada təmsil olunsunlar. Əvvəl bununla bağlı razılığa gəlmişdik. Sonradan bu razılıq da pozuldu. Mən deyirdim ki, gəlin nisbətən “Açıq qapı” siyasəti yürüdək, bizə qoşulmaq istəyənlər qoşulsun. Bunu da razılaşdırmışdıq, razılaşmamız pozuldu. Ümumilikdə iki razılaşmanın pozulması AMİP-in İctimai Palatada fəaliyyətini dayandırmasına səbəb oldu.
- İctimai Palataya daxil edilməsinə təklif irəli sürdüyünüz partiyalar hansılar idi?
- Adlarını deyə bilərəm, Ümid Partiyası və ADP. Onlar gəlmək istəyirdi. ADP “Ümid”siz gəlmək istəmirdi. “Ümid”i də Palatada qəbul etmək istəmirdilər. Söhbət bu iki partiyadan getmir, başqa partiyalar da gəlmək istəyirdi, sadəcə adlarını çəkmək istəmirəm.
- Siz razılıqlar pozulduğuna görə AMİP-in İctimai Palatada fəaliyyətinin dayandırdığınızı dediniz. Bəs son vaxtlarda hansı dəyişikliklər baş verib ki, partiyanın Palataya qayıda biləcəyini deyirsiniz? Bəlkə İctimai Palatanın aksiyaları dayandıraraq “yol xəritəsi” hazırlaması fikrinizi dəyişdirib?
- Axı biz qayıtmamışıq, hələ gözləmə mövqeyindəyik. Görürsüz ki, küçə mitinqləri, yürüşləri dayandırıldı, “yol xəritəsi” hazırlanıb müvafiq qurumlara təqdim olundu. Dəyişikliklər olarsa, ola bilsin fikrimizi dəyişib Palatada fəaliyyətimizi davam etdirdik. Çörçilin məşhur bir ifadəsi var: Böyük Britaniyanın daimi dostları və düşmənləri yoxdur, daimi maraqları var. Bizim də daimi maraqlarımız var. AMİP-in maraqlarına nə uyğun olsa, o cür də hərəkət edəcəyik. Bir şeyi də deyim. AMİP təmsilçilərindən Palatada bu gün də fəaliyyətini davam etdirənlər var ki, onlar bunu fərdi qaydada edirlər, biz bunu qadağan edə bilmərik.
- 2013-cü il prezident seçkilərində AMİP-in öz namizədi ilə, yoxsa müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi ilə iştirakının tərəfdarısınız? Əgər AMİP seçkiyə təkbaşına gedərsə, namizəd Siz, yoxsa Etibar Məmmədov olacaq?
- Əlbəttə, əgər Etibar bəy namizəd kimi qatılarsa, mən seçkidə iştirak etmərəm, AMİP də onun namizədliyini dəstəkləyəcək. Əgər Etibar bəy iştirak etməsə və partiya məsləhət bilsə, mən öz namizədliyimi irəli sürəcəyəm. Çünki AMİP sonuncu prezident seçkiləri istisna olmaqla həmişə prosesə öz namizədi ilə qatılıb. AMİP-in 2013-cü ildə prezident seçkilərində öz namizədilə iştirak edəcəyi birmənalıdır.
Ümumiyyətlə, düşünürəm ki, bəzi siyasi partiyalar öz ambissiyalarını, öz oyunlarını bir qırağa qoysalar və birlikdə layiqli mövqedən çıxış etsək, uğur qazanarıq, qələbəyə nail olarıq.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib
Tramp dövlət satınalmalarından çıxarılacaq Kanada mallarının siyahısının tərtib edilməsini tapşırıb
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB 2
Britaniya ordusunun mayoru Ukraynada yol qəzasında ölüb
Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib
İmişlidə zəlzələ olub
Sabirabadda avtomobil piyadanı vurub öldürüb
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub