Bank Of Baku

Hacı Tahir Abbaslı: “Anar, Ramiz Rövşən, Fikrət Qoca və Elçin Urmiya gölünün qurudulmasına qarşı səsini ucaltmalıdır”

Hacı Tahir Abbaslı: “Anar, Ramiz Rövşən, Fikrət Qoca və Elçin Urmiya gölünün qurudulmasına qarşı səsini ucaltmalıdır”
# 16 sentyabr 2011 11:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Fars rejiminin Urmiya gölünü qurutmaq üçün apardığı siyasəti, bu prosesə qarşı çıxan soydaşlarımıza qarşı zor tətbiq etməsi nədənsə bizdə lazımi reaksiyaya səbəb olmur. Bir neçə partiyanı, təşkilatı, media orqanını çıxmaq şərtilə bu problem digər təbəqələri ilgiləndirmir. Mən burada xüsusilə ziyalı təbəqənin, tanınmış yazarların mövqesizliyini önə çəkmək istəyirəm”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı deyib. O bildirib ki, zaman-zaman güney məsələsi gündəmə gələndə nədənsə ziyalılar, tanınmış yazıçı və şairlər susmağa üstünlük verirlər: “Hesab edirəm ki, Urmiya gölünün qurudulması kimi həssas bir məsələdə onlar susmamalıdırlar. Təəssüf ki, lazımsız qalmaqallarda həvəslə iştirak edən ziyalılarımız, yazarlarımız bu məsələ ətrafında müzakirə açmağa, etiraz etməyə, yazılar yazmağa səy göstərmirlər”.

Konkret olaraq yazıçı Anarın, Ramiz Rövşənin, Fikrət Qocanın, Elçinin adını çəkən T. Abbaslı deyib ki, həmin şəxslər bu məsələnin mahiyyətini dərk edən, Urmiya gölünün azərbaycanlılar üçün tale məsələsi olduğunu bilən şəxslər kimi reaksiya verməlidirlər: “Anar, Ramiz Rövşən, Fikrət Qoca və Elçin susmamalıdır. Mövqe bildirməklə, tədbirlər keçirməklə, bəyanat verməklə, beynəlxalq təşkilatlara müraciətlər etməklə Urmiyanın qurumasına əngəl olmağa çalışmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR