Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi Gürcüstanın Elm və Təhsil Nazirliyindən cavab ala bilmir

Azərbaycan Təhsil Nazirliyi Gürcüstanın Elm və Təhsil Nazirliyindən cavab ala bilmir
# 16 sentyabr 2011 13:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklərin göndərilməsi ilə bağlı yaranan problem hələ öz həllini tapmayıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O deyib ki, Təhsil Nazirliyi həmin ölkədə yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərin dərslik tələbatını öyrənmək məqsədilə Gürcüstanın Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətlərə cavab alınmayıb: “Biz bu gün Gürcüstanın Elm və Təhsil Nazirliyinə və həmin dövlətin Azərbaycandakı səfirliyinə yenidən müraciət edəcəyik. Bu məqsədlə Azərbaycanın həmin ölkədəki səfirliyinə də dəfələrlə müraciət etmişik. Amma indiyədək cavab ala və tələbatı öyrənə bilməmişik ki, həmin məktəblərin ehtiyacı olan dərslikləri Gürcüstana göndərək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR