Bank Of Baku

Bayram Səfərov: “Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçki keçirilə bilər”

Bayram Səfərov: “Dağlıq Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçki keçirilə bilər”
# 16 sentyabr 2011 13:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Dağlıq Qarabağda hər hansı qanuni seçki keçirilə bilməz. Qarabağ Azərbaycanın ərazisidir və orada seçkilər yalnız Azərbaycanın qanunları ilə baş tuta bilər”. APA-nın məlumatına görə, bu sözləri YAP-ın saytına açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov separatçı Dağlıq Qarabağ rejiminin “yerli özünüidarə orqanlarına seçkilər” keçirmək haqqında qərarına münasibət bildirərkən deyib.

B. Səfərov bildirib ki, beynəlxalq müstəvidə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qəbul olunur və bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. O qeyd edib ki, separatçılar Ermənistanın dəstəyi ilə bu cür “seçki” oyunu təşkil edir, amma artıq işğalçı dövlət də tükənmək üzrədir: “Ermənistanın iqtisadi göstəriciləri yoxdur və bu dövlət ilbəil tənəzzülə doğru gedir. Ona görə də, artıq separatçı Dağlıq Qarabağ rejiminə də yardım göstərə bilmirlər. Hazırda Dağlıq Qarabağda əhali qalmayıb, insanların əksəriyyəti vəziyyətin ağırlığı səbəbindən köçüb gedib. Qalanlar da dilənçi vəziyyətində yaşayırlar. Belə olan halda qondarma rejim nə “seçki” keçirə bilər? Burada yaşayan əhali yalnız Azərbaycan qanunları tətbiq olunduqdan sonra yaxşı yaşaya biləcəklər. Dünya birliyi Qarabağda yalnız Azərbaycan qanunları ilə keçirilən seçkiləri tanıya bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR