Bank Of Baku

Müsavat və AXCP funksionerlərin məhkəməsində qalmaqal baş verib

Müsavat və AXCP funksionerlərin məhkəməsində qalmaqal baş verib
# 16 sentyabr 2011 13:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Səbail rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə zərərçəkmiş və şahidlər dindirilib.

Polis əməkdaşı Məcid Yusifli hadisə zamanı ona xəsarət yetirən şəxsləri xatırlamasa da, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu deyib. Bu zaman təqsirləndirilən Tural Abbaslı ilə zərərçəkmiş arasında qalmaqal baş verib. Tərəflər bir-birlərini təhqir ediblər. Buna görə prosesdə fasilə elan olunub. Digər zərərçəkmiş şəxslər isə hər hansı tələblərinin olmadığını deyiblər.

Proses sentyabrın 19-da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR