Bank Of Baku

DAK İrandakı hadisələrlə bağlı bəyanat yayıb

DAK İrandakı hadisələrlə bağlı bəyanat yayıb
# 16 sentyabr 2011 15:03 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda həyata keçirilən kütləvi repressiyalarla bağlı bəyanat verib. APA-nın məlumatına görə bəyanatda deyilir ki, İran hakimiyyətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz əlaməti olaraq Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Qoşaçay və s. şəhərlərində davamlı aksiyalar keçirilir: “Ancaq fars şovinist rejimi dinc nümayişlərə dözümsüzlük nümayiş etdirərək şəhərlərə hərbi birləşmələr yeridib, aksiya iştirakçılarına qarşı zor işlədib, onlara qarşı gözyaşardıcı qaz və plastmas güllələrdən, elektron və rezin dəyənəklərdən istifadə edib, nəticədə xeyli sayda soydaşımız xəsarət alıb, hətta bir neçəsinin öldüyü xəbəri də yayılıb. Lakin irqçi rejim onların ailələrinə təzyiqlər göstərdiyindən meyitlər gizli şəkildə dəfn edilir və bu haqda məlumat əldə etmək mümkün olmur. Aksiyalar zamanı həyata keçirilən həbslərin sayı isə minlərlədir. Son günlərdə Ərdəbildə, Qoşaçayda, Muğanda yüzlərlə soydaşımız həbsə alınıb. Onların arasında Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisani, tanınmış hüquq müdafiəçisi, xanım Fəranək Fərid, jurnalist Mehdi Qulami və başqaları var. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq, İran hakimiyyət orqanlarında mövcud irqçi rejimin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi kütləvi repressiyaları pisləyir, həbsə alınmış bütün soydaşlarımızın dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını və nəhayət, Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edirik. Eyni zamanda beynəlxalq təşkilatları bütün lazımi addımları atması üçün Tehran rejiminə təzyiq göstərməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR