Bank Of Baku

Bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi barədə layihələr parlamentin payız sessiyasına tövsiyə olunub

Bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi barədə layihələr parlamentin payız sessiyasına tövsiyə olunub
# 16 sentyabr 2011 16:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Milli Məclisinin (MM) Regional Məsələlər Komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. 2011-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin gördüyü işlər barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, iş planına uyğun olaraq yaz sessiyasında komitənin dörd iclası keçirilib, altı məsələ müzakirə olunub.

Sonra komitənin payız sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Komitə sədri deyib ki, hazırlanan mühüm sənədlərdən biri “Bələdiyyələrin hesabatları haqqında” yeni qanun layihəsidir. Layihə əlaqədar qurumlarla birgə işlənir.

Daha sonra iclasda “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyə əsasları haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” sənədlərdə dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib. Qeyd olunub ki, dəyişikliklər bələdiyyələrin beynəlxalq əməkdaşlığı, yerli büdcənin icrası, bələdiyyə qulluqçusunun vəzifə təminatı, bu sahədə inzibati nəzarətin həyata keçirilməsinin şərtləri, bələdiyyənin komissiyalarının fəaliyyəti məsələlərini əhatə edir.

Sonda “Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd olunub ki, yerli sakinlərin müraciəti əsasında hazırlanan bu sənədə Toponimiya Komissiyasında və digər aidiyyəti instansiyalarda baxılıb, kəndin qədim Boluslu adının bərpası tam məqsədəuyğun hesab edilir. İclas iştirakçıları bu sənədi razılıqla qarşılayıb. Müzakirələrdən sonra sənədlər parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR